Əməkdar artist Rəhman Rəhmanov ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib

Əməkdar artist Rəhman Rəhmanov 21 fevral 2020-ci il tarixində ağır vəziyyətdə klinikamıza gətirilmişdir. O təcili şəkildə xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib. Əməkdar artist Bakı Sağlamlıq Mərkəzinin cərrahiyyə şöbə müdiri, ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru, Uzman. Dr. Kamil Hacıyev tərəfindən kliniki instrumental müayinə edilmiş və xəstəyə Xoledoxolitiazis (öd yolunda daşlar), Mexaniki sarılıq, Qaraciyər çatışmazlığı, Pankreatit diaqnozu qoyulmuşdur. İlkin olaraq xəstə 1 sutkalıq müalicə olunmuş, daha sonra klinikamızda Endoskopik yolla xoledoxdan (öd yolundan) daşların çıxarılması - ERCP əməliyyatı icra edilmişdir. Hal hazırda xəstənin vəziyyəti keçirdiyi əməliyyatın ağırlıq dərəcəsinə uyğundur və yaxşılaşma qeyd olunur. Rəhman Rəhmanova mart ayının 2-i Laporoskopik xolesistektomiya (öd kisəsinin çıxarılması) əməliyyatının icra edilməsi planlaşdırılır.

Diqər xəbərlər